Онлайн-семинар в рамках Университета здоровья (02.04.2022)

31 Просмотры
Издатель
Sağlamlıq Universiteti çərçivəsində onlayn seminar

02 aprel 2022-ci il tarixində Sağlamlıq Universiteti çərçivəsində növbəti virtual seminar keçirilmişdir. 400-dən çox iştirakçısı olan seminara müxtəlif şəhərlərdən və təhsil müəssisələrindən toplaşan nümayəndələr onkoloji xəstəliklərin diaqnostika və profilaktikasına həsr olunmuş məruzələrdən yararlanma imkanı əldə etmişlər.

Seminarda İ.M.Seçenov adına BMDTU-nin (Seçenov Universiteti) Bakı filialının rektoru, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin baş və boyun şişləri şöbəsinin cərrah-onkoloqu, t.e.d., professor Əliyev Əziz Cəmil oğlu “Onkoloji xəstəliklərin erkən diaqnostika və profilaktikası” məruzəsi ilə, İ.M.Seçenov adına BMDTU-nin (Seçenov Universiteti) onkologiya kafedrasının professoru Vısotskaya İrina Viktorovna “Uşaqlarda və yeniyetmələrdə süd vəzinin xəstəlikləri” məruzəsi ilə çıxış etmişlər. Məruzələr dinləyicilərin böyük marağına səbəb olmuş və sonda məruzəçilər dinləyicilərin mövzu ilə bağlı suallarını cavablandırmışlar.


Онлайн-семинар в рамках Университета здоровья

02 апреля 2022 года в рамках Университета здоровья прошел очередной онлайн-семинар. Более 400 участников семинара из разных городов и учебных заведений имели возможность ознакомиться с выступлениями, посвященными диагностике и профилактике онкологических заболеваний.

На семинаре выступили ректор Бакинского филиала Первого МГМУ им. И.М. Сеченова, хирург-онколог отделения опухолей головы и шеи Национального Центра Онкологии Министерства Здравоохранения Азербайджанской Республики, д.м.н., профессор, Алиев Азиз Джамиль оглы с докладом «Ранняя диагностика и профилактика онкологических заболеваний» и д.м.н., профессор кафедры онкологии Первого МГМУ им. И.М. Сеченова Высоцкая Ирина Викторовна с докладом «Заболевания молочных желез у детей и подростков». Доклады вызвали большой интерес у аудитории, спикеры ответили на вопросы аудитории.
Категория
Онкодерматология
Комментариев нет.